Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bəxtiyar Hacıyev yenidən məhkəmə qarışısında

1 349
Paylaş:
Bəxtiyar Hacıyev yenidən məhkəmə qarışısında

Jurnalist Ülviyyə Muradovanın (Alovlu) ictimai fəal Bəxtiyar Hacıyevlə məhkəmə çəkişməsi davam edir.


Pravda.az-ın əldə etdiyi məlumata görə, jurnalistin xüsusi ittiham qaydasında verdiyi şikayət hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır.


Bu gün hakim Mirzəli Abbasovun sədrliyi ilə ilkin baxış iclası keçirilib. Prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib.


Xatırlatma: Ülviyyə Alovlu şikayət ərizəsində Bəxtiyar Hacıyev tərəfindən təqib edildiyini, ünvanına qeyri-etik ifadələr səsləndiyini iddia edib.


Xüsusi ittihamçı ictimai fəalın Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edib.


Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, jurnalist tərəfindən verilmiş şikayət sübuta yetirilmədiyi üçün iddiaya xitam verilib. Daha sonra Ülviyyə Alovlu həmin qərardan apellyasiya şikayəti verib

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər