Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat “Avroviziya-2022”dən danışdı: “Bu, həqiqətən absurddur”

1 296
Paylaş:
Deputat “Avroviziya-2022”dən danışdı:      “Bu, həqiqətən absurddur”

“Azərbaycan son illər “Avroviziya”nın fəal iştirakçılarından biridir. Hətta ölkəmizdə 2012-cil ildə keçirilən “Avroviziya”nı da yüksək səviyyədə təşkil etmişdik. Təşkilatın o vaxtkı rəhbəri söyləmişdi ki, gələcəkdə yarışmanın hansısa ölkədə bundan yaxşı təşkil olunacağını deməyə çətinlik çəkir. İTV-nin yaydığı məlumata görə, bir neçə gün öncə keçirilən yarışmada Azərbaycan 12 balı Ukraynaya verib. Bu, əvvəl də söylənilmişdi. Yarış təşkilatçıları finalın sonunda İTV nümayəndələrindən israrla başqa nəticənin açıqlanmasını istəyiblər. Bu, həqiqətən də absurddur”.

Bunu Pravda.az-a deputat Vüqar İskəndərov  “Avroviziya-2022”nin finalında Azərbaycanla bağlı yaşanan qalmaqal barəsində danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan tərəfi bu istəyi qəti şəkildə rədd edib: “Təşkilatçılara İTV tərəfindən rəsmi məktub da göndərilib. Lakin finalda heç bir məlumat verilmədən təşkilatçılar istədikləri xalı istədikləri dövlətə veriblər. Bundan sonra da Azərbaycan tərəfi səbəbi soruşub. İndiyə qədər də İTV cavab gözləyir. Onların fikirləri belə olub ki, guya bağlantı alınmayıb. Halbuki Azərbaycan tərəfinin bağlantı ilə bağlı heç bir problemi olmayıb. Azərbaycan heç kimə hansısa səsi televiziya adından elan etmə hüququ vermir. Düşünürəm ki, təşkilatçıların cavabını gözləməliyik. Onların göstərəcəyi səbəb rəsmi cavab olacaq. Bundan sonra gələcək addımlar barədə qərar vermək və müzakirə etmək olar”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər