Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Azərbaycan kişisini və ya qadınını ekran qarşısında alçaltmaq nəyə xidmət edir?”

1 214
Paylaş:
Deputat: “Azərbaycan kişisini və ya qadınını ekran qarşısında alçaltmaq nəyə xidmət edir?”

“Azərbaycanın bir sıra televiziya kanallarında yayımlanan verilişlər Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına deyil, həmin dəyərlərin məhvinə xidmət edir. Azərbaycan kişisini və ya qadınını ekran qarşısında alçaltmaq nəyə xidmət edir? Ola bilər ki, onlar həyatlarının hansısa mərhələsində səhvə yol veriblər. Biz mütləq bunu ictimailəşdirib müzakirə obyektinə çevirməliyik?”

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

“Ümumiyyətlə, bu gün neçə televiziya kanalında elmi verilişlərə yer verilir? Bəzi istisnaları çıxmaq şərtilə, televiziyalarımız nə dərəcədə öz proqramlarında ziyalılara yer verir? Bir sözlə, bu gün Azərbaycan televiziyalarında həm də ziyalı sözünə ehtiyac var. Televiziyalara bu sualları verəndə cavab o olur ki, biz reklam gətirən verilişlərə üstünlük veririk. İndi biz reklamlardan əldə edilən gəlirə görə dəyərlərimizin məhvinə göz yummalıyıq? Hesab edirəm hər bir yaxşı məhsulun alıcısı olduğu kimi, yaxşı verilişlərin də baxıcısı mütləq olacaq. Kütlə televiziyaları deyil, televiziyalar kütləni idarə etməlidir. Dünyanın hər yerində belədir. Biz tamaşaçıya nə versək onu da alacağıq. Bu barədə ciddi düşünməliyik. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə milli-mənəvi dəyərlərimizn qorunmasının vacibliyini vurğulayıblar. Təkcə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin konseptual çıxışı milli-mənəvi dəyərlərimizlə bağlı bir çox vacib məqamları özündə tam əks etdirir. Həmin çıxış həm də konsepsiya xarakteri daşıyır. Birinci vitse-prezident Mehriban Əliyeva da rəhbərlik etdiyi Fondun xətti ilə mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində bir çox mühüm tədbirlər həyata keçirir. Ölkə rəhbərliyini dəyərlərimizə münasibəti və dəstəyi gün işığı kimi aydındır. Bəs televiziyaların məqsədiniz nədir? Onlar nəyə nail olmaq istəyir?” – C.Məmmədov qeyd edib.

Leyla

Paylaş:

Ən son xəbərlər