“Xameneyi siyasətçi deyil, onun dini statusu, kimliyi var. O, islamın şiə məzhəbinə aid olan bir çox insanın özünə dini lider hesab etdiyi şəxsdir. Bu baxımdan Xameneyinin istər Azərbaycanda, istər dünyanın müsəlmanlar yaşayan digər ölkələrində təsir imkanları mövcuddur. Azərbaycanın da şiə cameəsi Xameneyiyə siyasi kimlikdən çox dini lider kimi yanaşdığından Rəşad Dağlının meyxana ilə onu tənqid etməsi insanların vicdan və din azadlığına, dini inanclarına müdaxilə kimi başa düşülür. Rəşad Dağlı da öz növbəsində bunu başa düşdüyü üçün üzr istəməyi məqsədəuyğun hesab edib”.
Bunu Pravda.az-a Ağ Partiyanın sədri Tural Abbaslı Rəşad Dağlının meyxanada Ayətullah Xameneyini ilə bağlı fikir səsləndirməsinə münasibət bildirərkən deyib.