Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Məlahət İbrahimqızı: “Şuşa beynəlxalq məkan kimi siyasi, iqtisadi və mədəni əməkdaşlığın mərkəzi olacaq”

907
Paylaş:
Məlahət İbrahimqızı: “Şuşa beynəlxalq məkan kimi siyasi, iqtisadi və mədəni əməkdaşlığın mərkəzi olacaq”

“Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərdən sonra da möhtərəm Prezidentimizin rəhbərliyi ilə şanlı tariximizin hər gününə qızıl hərflərlə yazılacaq, ökəmiz və bölgəmiz üçün mühüm əhəmiyyətə malik əlamətdar hadisələrə imza atır. Xüsusilə də işğaldan azad olunmuş torpaqlarda gedən quruculuq işləri, eyni zamanda Azərbaycanın və Türk dünyasının mədəniyyət mərkəzi olan tarixi Şuşada keçirilən beynəlxalq tədbirlər ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu daha artırır. Keçirilən bu tədbirlər bir daha Qarabağın tarixən Azərbaycanın qədim, əzəli və əbədi torpağı olduğunu sübut edir. Dünya görməlidir ki, 30 illik işğal dövründə təcavüzkar qonşumuz bu torpaqlarda ancaq vəhşilik, barbarlıq və dağıdıcılıq işləri aparıb. Bu torpaqların həqiqi sahibi işğala son qoyduqdan dərhal sonra isə xalqımızın siyasi iradəsini ifadə edən möhtərəm Prezidentimiz bölgəyə və dünyaya bəyan etdi ki, artıq tarixin yeni səhifəsi başlayır. Bundan sonra biz artıq bu bölgədə dayanıqlı sülh və inkişaf quruculuğuna başlayırıq. Bizim əsas məqsədimiz və məramımız budur.”

Bunu Pravda.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

“Azərbaycan xalqı tarixən sülhməramlı, tolerant, multikultural dəyərlərə sadiq bir xalq olub. Biz tarix boyu bəşər mədəniyyətinə bir çox töhfələr vermişik. Bundan donra da belə olacaq. Bu mənada bu il 270 illiyi qeyd olunacaq Şuşada keçirilən tədbirlər də məhz bu tarixi ənənənələrə söykənir. Bir neçə gün bundan öncə Şuşa işğaldan azad olunduqdan sonra orada sayca ikinci dəfə keçirilən  “Xarıbülbül” festivalı hələ də dünya mediyasının səhifələrindədir. 17-18 may tarixlərində isə Bakıda və Şuşada Milli Məclisin ev sahibliyi ilə ona yaxın ölkənin təmsil olunduğu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Asambleyasının Məclisinin növbəti iclasının keçirilməsi də qeyd etdiklərimi bir daha təsdiq edir. Hesab edirəm ki, bu tədbirin keçirilməsi mühüm siyasi, iqtisadi və mədəni əhəmiyyətə malikdir. Müharibədən sonra da Möhtərəm Prezidentimizin də dəfələrlə qeyd etdiyi kimi, artıq bölgədə yeni reallıqlar yaranır. Bəli məhz bu reallıqlar hesabına Azırbaycan xalqı və onun əvəzsiz liderinin rəhbərliyi ilə gələcəkdə bölgə xalqlqrının rifahı naminə möhtəşəm işlər görüləcək. Tezliklə bölgədə yaranması zəruri olan yeni əməkdaşlıq platforması “3+3” də tam gücü ilə fəaliyyətə başlayacaq. Biz əminik ki, üç əsrə yaxın yaşı olan bir şəhərdə keçirilən bu cür yüksək səviyyəli tədbir də Qarabağın mədəni, tarixi simasını təcəssüm etdirməklə bölgənin və bölgə xalqlarının yaddaşına əbədi həkk olunacaq. Şuşa həm də tezliklə dünyanın çözülməz problemlərinin həll olunması yolunda bir diplomatik dialoq mərkəzinə çevriləcək. Onu da vurğulamaq lazımdır ki, Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycanda bütün xalqlar dostluq və qardaşlıq münasibətləri çərçivəsində birgə yaşayır. Ölkəmizdə yaşayan bütün xalqların təmsilçiləri Vətənin ərazi bütövlüyü uğrunda çiyin-çiyinə, birgə mübarizə aparmağı özləri üçün şərəf bilir. Azərbaycan burada yaşayan xalqların mədəniyyətini, folklor nümunələrini özündə əks etdiməklə yanaşı, həm də dünya xalqlarının öz mədəniyyətlərini təbliğ etməkləri üçün də bir platformadır. Hesab edirəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin növbəti iclasının Bakıda və Şuşada keçirilməsi bölgəmizdə fitnə yaratmaq istəyənlərə, erməni revanşistlərə və onları dəstəkləyən qüvvələrə yetərli mesajdır. Bildiyimiz kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Şuşa Azərbaycanın “Mədəniyyət paytaxtı”, TÜRKSOY tərəfindən isə 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Düşünürəm ki, Şuşa gələcəkdə beynəlxalq məkan kimi siyasi, iqtisadi və mədəni əməkdaşlığın mərkəzi olacaqdır” – deputat qeyd edib.

Leyla

Paylaş:

Ən son xəbərlər