Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

“Kütləvi yerlərdən uzaq olmaq lazımdır” - Artur Rasizadə

1 083
Paylaş:
“Kütləvi yerlərdən uzaq olmaq lazımdır” -       Artur Rasizadə

Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçmiş Baş Nazir Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

Pravda.az-ın xəbərinə görə, Artur Rasi-zadə bildirib ki, dövlət başçısının ordenini böyük sevgi ilə qəbul edib:

“Cənab prezident İlham Əliyevlə həmişəki kimi çox səmimi görüşümüz oldu. Görüş zamanı qeyd etdim ki, Vətənə xidmət etməkdən gözəl nə ola bilər ki?! Bir daha cənab prezidentə təşəkkürümü bildirirəm”.

Sabiq Baş Nazir son vaxtlar dünyanı cənginə alan koronavirus barədə də danışıb:

“Dünyada gedən prosesləri yaxından izləyirəm. Son vaxtlar dünya xalqları koronavirusa qarşı mübarizə aparır. Demək olar ki, bu virus bütün dünyada yayılıb. Hələ də yayılmaqda davam edir. Ancaq bəzi qaydalar var ki, onlara mütləq hər kəs riayət etməlidir. Bu barədə tibb işçiləri də mütəmadi olaraq vətəndaşları məlumatlandırır. Həmçinin kütləvi yerlərdən də uzaq olmaq lazımdır”.Modern.az

Paylaş:

Ən son xəbərlər