“Videoda açıq aydın görünür ki, orada son söz, mömin qardaşlara ünvanlanır. Deyişmədən sonra açıqlamanı sözümdən inciyən həmin mömin dostların könlünü almaq üçün vermişəm. Yoxsa kimsə məcburi şəkildə mənə zəng etsin, desin ki, “sən bunu niyə belə demisən?”, belə bir şey olmayıb. İndi hansı dövrdə yaşayırıq, dərəbəylik deyil ki, kimsə kimisə nəyəsə məcbur etsin. Videomüraciətdə heç bir məcburiyyət olmayıb”.
Bunu Pravda.az-a açıqlamasında tanınmış meyxanaçı Rəşad Dağlı Xomeyni ilə bağlı səsləndirdiyi fikrə görə üzr istəməsindən danışarkən deyib.