Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə icra başçısının həbs etdirmək istədiyi jurnalistlə bağlı qərar çıxardı

1 395
Paylaş:
Məhkəmə icra başçısının həbs etdirmək istədiyi jurnalistlə bağlı qərar çıxardı

Sumqayıt Apellyasiya Məhkəməsində jurnalist Cəmil Məmmədlinim barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərov sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.


Xatırlatma: Jurnalist Cəmil Məmmədli Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin 200 nəfərin maaş kartını mənimsədiyini yazandan sonra ikinci onu məhkəməyə verib. İddia ötən il aprelin 2-də icraata götürülüb və məhkəmə jurnalisti Cinayət Məcəlləsinin 147.2 (ağır, xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma), 148-ci (böhtan) maddələri ilə təqsirləndirlən şəxs qismində tanıyıb.


Xaçmaz Rayon Məhkəməsinin hökmünə əsəsən, jurnalist 1 il 6 ay islah işlər məşğul olmalı və qazancından isə 20 faiz dövlət hesabına köçürməlidir. Hökmdən narazı qalan Cəmil Məmmədli apellyasiya şikayəti verib.


Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər