Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Avropa İttifaqının rəsmisi də koronavirusa yoluxdu

930
Paylaş:
Avropa İttifaqının rəsmisi də koronavirusa yoluxdu

Avropa İttifaqının (Aİ) rəsmisi koronavirusa yoluxub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Aİ sözçüsü Dana Spinant bildirib.

O deyib ki, koronavirusa yoluxan şəxs Brüsseldə Aİ-nin Müdafiə Agentliyində çalışır və bu yaxınlarda İtaliyadan qayıdıb.

Həmin şəxs İtaliyadan qayıtdıqdan sonra səfərin yekunu və nəticələri ilə bağlı Aİ-nin 30 rəsmisi ilə 4 saatlıq görüş keçirib.

Ötən həftənin şənbə günü koronavirusa yoluxan şəxsin vəziyyəti pisləşib və ondan götürülən analizin cavabı müsbət çıxıb.

D. Spinant qeyd edib ki, Aİ-nin Müdafiə Agentliyinin bu həftəyə planlaşdırılan bütün iclasları təxirə salınıb və həmin şəxslə görüşən digər rəsmilərdən də analizlər götürülüb.

Paylaş:

Ən son xəbərlər