Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Gömrük Komitəsi taxılçılıqla məşğul olan şirkətə protokol yazdı

1 175
Paylaş:
Gömrük Komitəsi taxılçılıqla məşğul olan şirkətə protokol yazdı

"Kürdəmir Pilot Taxılçılıq" MMC-yə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib. 

Daha sonra protokollar baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Cavid Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər