Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Küçədə kişi qardaşı arvadını başqası ilə gördüyü üçün döydü, sonra barışdılar

1 146
Paylaş:
Küçədə kişi qardaşı arvadını başqası ilə gördüyü üçün döydü, sonra barışdılar

Abşeron Rayon Məhkəməsində qardaşı arvadını döyməkdə təqsirləndirilən Qismət Nüsrətovun (ad, soy adı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib və Qismət Nüsrətov cinayət məsuliyyətindən azad edilib.

İttiham aktına görə, hadisə 09.04.2022-ci il tarixdə, saat 18:30 radələrində Abşeron rayonu ərazisində qeydəı alınıb.

Belə ki, Qismət Nüsrətov yaşadıqları evdə qardaşı arvadı Günay Nüsrətovanı küçədə gəzişməsi və onun arxasınca naməlum şəxsin düşməsinə görə аrаlаrındа yaranmış mübahisə zəminində döyüb.

O, hadisə zamanı zərərçəkmişin baş nahiyəsindən bir neçə dəfə yumruq ilə qəsdən vuraraq, qadına qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayiət olunan başın sağ gicgah nahiyəsinin dərialtı hematoması, sağ üst qapağının və sağ gözün bayır kənarının qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər yetirib.

Məhkəmə iclasında Qismət Nüsrətov yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib.

O, ifadəsində göstərib ki, Günay ilə eyni həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. Əvvəllər Günayla bir neçə dəfə aralarında sözlə mübahisələr baş verib.

Qismət Nüsrətov dindirilən zaman qeyd edib ki, hadisə günü – aprelin 4-ü saat 17:30 radələrində yaşadığı küçədə Günay Nüsrətovanın harasa getdiyini və arxasınca tanımadığı bir nəfər şəxsin qadını təqib etdiyini görüb:

“Günayın həmin ərazidə hara getməsi məndə şübhə doğurduğu üçün onların arxasınca düşdüm. Qadın yolu döndükdən sonra arxasınca gedən şəxs də onun arxasınca yolu döndü. Mən döngəyə çatan zaman Günayın həmin şəxslə üzbəüz söhbət etdiklərini, sonra yan-yana getdiklərini gördüm və onlara yaxınlaşdım. Bu zaman Günaya “burda nə gəzirsən? Cəhənnəm ol, get evə! Səninlə evdə danışacam!” dedim. Qadının söhbət etdiyi şəxsin yaxasından tutub onu sorğu-sual etməyə başladım. Həmin şəxs yalnız adının Mahir (adı şərti) olduğunu bildirərək mənim suallarıma cavab verməkdən yayındı. O, etdiyi hərəkətə görə məndən üzr istədi.

Bundan sonra Günayın yaşadığı evə gəldim. Evdə ona yaşadığımız küçədə yad şəxslə gəzişməsinə və söhbət etməsinə görə iradlarımı bildirərək Günayı danladım. Lakin o, dediklərimə etiraz edərək mənim yalan danışdığımı deyib səs-küy salmağa başladı. Həmin vaxt mən bir dəfə əlimlə Günayın başına zərbə vurub söhbətimi onun atası ilə edəcəyimi söylədim. Bu zaman evdə olan anam aramıza girib məni evdən həyətə çıxartdı. Mən də zəng edib qardaşına hadisə barədə məlumat verdim. Qardaşım da Günayın valideyinlərinə zəng edərək hadisəni onlara danışdı. Sonradan zərərçəkmiş şəxslə barışdım. Əməlimdən peşmançılıq çəkirəm və işin xitam olunmasını xahiş edirəm”.

Günay Nüsrətova ifadəsində küçədə arxası ilə gələn şəxsi tanımadığını, Qismət Nüsrətov tərəfindən döyüldüyünü deyib:

“O, evə girən kimi mənim üzərimə hücum çəkdi. Sonra məni əxlaqsızlıqda günahlandırmağa başladı, yumruqla bir neçə dəfə başıma zərbələr vurmaqla döydü. Həmin vaxt evdə olan qaynanam yaxınlaşıb bizi ayırdı. Mən də Qismətin dediklərinə etirazımı bildirməyə başladıqda o, yenidən üzərimə hücum çəkib yumruqla bir neçə dəfə başıma zərbələr vurdu. Bundan sonra qaynanam Qisməti məndən ayırıb evdən həyətə çıxartdı. Sonra Qismət həyat yoldaşıma zəng edib hadisə barədə məlumat verdi. Ərim də mənim valideyinlərimə zəng edərək hadisə barədə dedi.

Hazırda təqsirləndirilən şəxslə barışmışam, ona qarşı heç bir şikayətim və tələbim yoxdur. İşin xitam olunmasını xahiş edirəm”.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər