"Avropa Şurasının tələblərindən biri cinsi azlıqların hüquqlarının tanınması idi. Mən Azərbaycan Avropa Şurasına daxil olan zaman buna etiraz etdim. Təəssüf ki, Cinayət Məcəlləsindən 113-cü maddə çıxarıldı və belə gərəksiz işlərə imkanlar yaradıldı. Biz İstanbul Konvensiyasının təsdiqinin əleyhinə olmuşuq. Özüm şəxsən buna Parlamentdə, hər yerdə ciddi etriaz etmişəm. Belə tiplər Azərbaycanda yüz mində birdir. "Üzdəniraq"lara şərait yaradılması çox pis haldır. Dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda hüquq sisteminin əsaslarından biri adət hüququdur. Bizim adətlərimiz var. Mill adət-ənənəmiz "üzdəniraq"ları inkar edir, normal hesab etmir.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.