“Hazırda əhvalım çox yaxşıdır. Sosial şəbəkələrdə kinli, çirkli fikirlər səsləndirilməsinə baxmayaraq, qələbənin dadını çıxarıram. Yayılmış yeniyetməlik şəklim isə, ümumiyyətlə, ailə arxivimizdə yoxdur. Bu şəkil əməlli-başlı fotoşop olunub və ən pis tərəfilə təqdim edilib. Uşaqlıq şəkillərimi çox rahat şəkildə paylaşa bilərəm və bu səbəbdən də deyirəm ki, müzakirələrə səbəb olan fotonun mənimlə birbaşa əlaqəsi yoxdur. Bizdə az adam bu yaş dövründə gözəlliyi ilə öyünə bilər. İndi internetdə hər hansı məşhurun uşaqlıq şəklini tapıb görə bilərik ki, o, bu müddət ərzində necə dəyişilib. İndiki şəkillərimi paylaşsınlar, rəylərə baxsınlar. Fotomu paylaşan şəxs özünün bütün estetik əməliyyatlarından əvvəl necə göründüyünü görmək istərdim… Əlbəttə ki, söhbət keçən il “Miss Azərbaycan”nın qalibi seçilən Milan Babayevadan gedir. Şəklim məhz o, paylaşdıqdan sonra yayıldı.”
Bunu Pravda.az-a açıqlamasında “Miss Azərbaycan-2022”nin qalibi seçilən Nurlana Vəliyeva deyib.
