Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Elektron məlumat bazasını sildiyi iddia edilən sabiq direktor danışdı: "Bu, həqiqət deyil"

1 144
Paylaş:
Elektron məlumat bazasını sildiyi iddia edilən sabiq direktor danışdı: "Bu, həqiqət deyil"

“Hamısı boş sözlərdir. Nə elektron baza silmək? Maaş da verilir, hər şey də qaydasındadır. Bu nə söhbətdir insanlar danışırlar?”

Bu sözləri Pravda.az-a Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru Həqiqət Qədirova işdən azad olunduğu gün İnstitutun elektron məlumat bazasını qəsdən silməsi barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

“Oradan heç bir elektron baza silməmişəm. Bilmirəm, niyə haqqımda bu qədər sözlər yazırlar. Deməli, bəzi adamlara orda lazım olmamışam. İşləyənləri çox yerdə istəmirlər. Bütün bunlar həqiqət deyil. Maaşı mən verə bilmərəm, onu rəhbərlikdən soruşun”.

Qeyd: Mediada yayılan məlumatlara görə, İnstitutda çalışanların maaşları 15 gündür verilmir. İddia edilir ki, buna səbəb Həqiqət Qədirovanın vəzifədən azad olunduğu gün elektron məlumat bazasını qəsdən silməsidir.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər