“Erməni terrorunun 200 ildən çox tarixi var. Erməni terror təşkilatları bu gün də mövcuddur. Özü də dünyaya demokratiya, insan hüquqları, qayda-qanun dərsi keçmək iddiasında olan Avropa dövlətlərində, Fransa, ABŞ-da fəaliyyətlərini davam etdirirlər. Ermənilərin, PKK-nın və digər terror təşkilatlarının da qərargahları həmin ölkələrdə yerləşir. Cənab Ərdoğanın dediyi kimi, Finlandiya və İsveç demokratiyadan danışır, ancaq terrorçuları Türkiyəyə təhvil vermir”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elman Məmmədov rusiyalı politoloq Maksim Şevçenkonun Şuşa və Laçın ətrafında terror hücumu gözlənilməsi barədə fikirlərini şərh edərkən deyib.