Bakı Metropoliteninin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarında problem yaranıb.
Qurumdan Pravda.az-a daxil olan məlumata görə, "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən sərnişin salonunda tüstü effektli spesifik qoxu hiss olunub. Maşinist qatara baxış keçirib. Hər hansısa problem aşkarlanmayıb. Bununla belə sərnişinlərin hər hansısa narahatlıq keçirməməsi məqsədilə qatarın yolunu sərnişinsiz davam etdirməsi qərara alınıb.