Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar etdi

1 383
Paylaş:
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar etdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı intihar edib.

Bu gün yerli vaxtla saat 04.00-da paytaxt İrəvanda binalardan birinin həyətində meyit aşkarlanıb.

Hadisə yerinə polis və istintaqçıları cəlb olunub.

Hüquq-mühafizə orqanları meyiti tapılan şəxsin 32 yaşlı Mamikon O. olduğunu müəyyənləşdirib.

İlkin məlumata görə, Mamikon O. özünü 6-cı mərtəbədən ataraq intihar edib.

Sayt yazır ki, o, Milli Təhlükəsizlik Xidmətinin kapitan rütbəli əməkdaşı olub.

Faktla bağlı araşdırmalar davam edir, müxtəlif ekspertizalar təyin olunub.

APA

Paylaş:

Ən son xəbərlər