Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

“Dezinfeksiya olunmadığı üçün əskinaslardan nağd şəkildə istifadə etməyin” - ÇAĞIRIŞ

1 265
Paylaş:
“Dezinfeksiya olunmadığı üçün əskinaslardan nağd şəkildə istifadə etməyin” -     ÇAĞIRIŞ

“Ölkə ərazisində tədavüldə olan Azərbaycan manatı, ABŞ dolları və Avro hələ də dezinfeksiya olunmadığı üçün əskinaslardan nağd şəkildə istifadənin məhdudlaşdırılmasını tövsiyyə edirəm”.

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

“Mərkəzi Bank pulların dezinfeksiya edilməsi ilə bağlı açıqlama versə də, unutmayın tədavüldə olan pulların təkrar dövriyyəsi bir çox hallarda mağazalar vasitəsilə aparılır, Mərkəzi Banka çatmır. Odur ki, çalışın ödənişlərinizi kartla, eləcə də internet üzərindən elektron şəkildə həyata keçirin, məcburiyyətdən əskinaslardan istifadə etsəniz, mütləq əllərinizi dezinfeksiya edin. Unutmayın ki, koronovirus epidemiyası dövrdə mikrob və bakteriyaların yayılma kanallarından biri də çirkli pullardır” – Q.İbadoğlu qeyd edib.

Paylaş:

Ən son xəbərlər