Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Gömrük Komitəsi məşhur şirkəti cərimələdi

1 101
Paylaş:
Gömrük Komitəsi məşhur şirkəti cərimələdi

“ARASH Medical Company” MMC-yə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Elməddin Hüseynovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər