Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Azərbaycan Sənaye Korporasiyası”na cərimə tətbiq edildi

1 209
Paylaş:
“Azərbaycan Sənaye Korporasiyası”na cərimə tətbiq edildi

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Hüseyn Səfərovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər