Müsəlman Birliyi Hərkatının fəalı Razi Hümbətovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Razi Hümbətov 2021-ci il iyulun 7-də saxlanılıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürüb və Baş Prokurorluq vasitəsi ilə həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müracət edib.
İyulun 8-də Nərimanov Rayon Məhkəməsi Hümbətov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib.
İttihama görə, Razi Hümbətovun üzərindən satış məqsədi ilə daşıdığı 66,132 qram tiryək götürülüb.