Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: "Bu, Azərbaycanın parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində növbəti uğurudur"

1 286
Paylaş:
Deputat: "Bu, Azərbaycanın parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində növbəti uğurudur"

“İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının Bakıda keçirilməsi Azərbaycanın parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində növbəti uğurudur. Konfrans ölkəmizə gələn parlament rəhbərlərinin, nümayəndələrin ilk növbədə Azərbaycan həqiqətlərinin öyrənilməsi, ölkəmizin sürətli inkişafını öz gözləri ilə görməsi, 44 günlük müharibədən sonra reallıqların onlara çatdırılması baxımından vacib əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev son illər parlament diplomatiyasının nə qədər vacib olduğunu xüsusi vurğulayır. Bundan əvvəl İƏT-in rəhbərliyi Pakistanda idi, indi isə Azərbaycana keçdi. Heç şübhəsiz, Azərbaycanın rəhbərliyi dövründə İƏT Parlament Assambleyasına üzv olan ölkələr arasında möhkəm əlaqələrin qurulması ümumi işimizə daha da çox fayda verəcək”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, konfransda Azərbaycanın bölgədə sülhün təmin olunması üçün atdığı addımlar lazımi səviyyədə vurğulanıb: “Ermənistan tərəfinin əvvəlcə Azərbaycanın təşəbbüslərini qəbul etməsi, ancaq bu günə kimi hələ də Ermənistanın nəticə verən addım atmaması bir daha qeyd olundu. İƏT PA-nın nümayəndə heyətinin üzvləri Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə Şuşa şəhərinə səfər etdilər. Onlar ermənilər tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarında 30 il ərzində nə qədər vandallıq və vəhşilik törədildiyini öz gözləri ilə gördülər. Bu, bir daha erməni vandallığını dünyaya ifşa etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinin də şahidi oldular. Bu konfrans İƏT-ə üzv olan ölkələrin gələcəkdə erməni vandallığını, həmçinin Azərbaycanın sülhün tərəfdarı olmasını dünya ictimaiyyətinə çatdırması baxımından çox vacibdir”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər