Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: "Xalq Şahbaz Quliyevə və Dilqəm Əsgərova qəhrəman kimi baxırdı"

1 436
Paylaş:
Deputat: "Xalq Şahbaz Quliyevə və Dilqəm Əsgərova qəhrəman kimi baxırdı"

“Hər birimiz Qarabağla bağlı məsələlərdə həssas mövqe nümayiş etdirməli, yaydığımız informasiyalarda diqqətli olmayılıq. Bir sıra hallarda ermənilər Azərbaycan mətbuatında yayılan məlumatları götürüb ölkəmizin əleyhinə istifadə edirlər. Şahbaz Quliyevin son açıqlaması da həyata keçirdiyimiz siyasətlə uzlaşmır. Prezident İlham Əliyev Şahbaz Quliyev və Dilqəm Əsgərovun girovluqdan azad olunması üçün çox ciddi səylər göstərdi. Uzun müddət ayrı-ayrı dövlətlərlə bu barədə danışıqlar aparıldı. Azərbaycan xalqı da hər iki şəxsə qəhrəman kimi baxırdı. Xalqımız səbirsizliklə onların əsirlikdən azad olunmalarını gözləyirdi. Möhtərəm Prezidentimiz xalqımızın arzusunu gerçəkləşdirdi, onların Azərbaycana qaytarılması təmin olundu. Çox çətinliklə Vətənə qaytarıldılar. Ermənilər isə əslində bunu etmək istəmirdilər”.

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O, Ş.Quliyevin son açıqlamalarını düzgün hesab etmədiyini bildirib: “Artıq bir neçə dəfədir hansısa şəxslərə, dövlət qurumuna qarşı belə açıqlamalar verilir, ittihamlar səsləndirilir. Bu qəbuledilməzdir. “Bizə qumbara verdi və yola saldı” nə deməkdir? Bunu hansısa dövlət məmurunun, nə də dövlət qurumunun edəcəyinə heç vaxt inanmaram. Biz onların Kəlbəcərdəki səfərlərini də görmüşük, videoları da var. Bu, elə bir məsələ deyil ki, kimsə kiminsə əlinə qumbara verib desin ki, sən filan yerə get. Azərbaycanın Ordusu var, güclü dövlətdir, ölkəmizin böyük potensialı var. Hesab edirəm, girovluqda olan vətəndaşlarımız, müharibə iştirakçıları, şəhid ailələri, qazilərimiz çalışmalıdırlar ki, Qarabağ müharibəsində əldə etdiyimiz zəfərin müqəddəsliyini qorusunlar. Biz bu qələbəni 30 il sonra böyük qəhrəmanlıqla əldə etmişik. Bu gün çalışmalıyıq ki, bu qələbənin böyüklüyünü qoruyaq və ona xələl gətirə biləcək addımlardan maksimum uzaq olaq”.

Qeyd:  Şahbaz Quliyev son müsahibəsində sensasiyalı açıqlamalar verib. Bildirib ki, o, Kəlbəcər rayonuna öz ata-baba yurdlarını ziyarət etmək üçün yox, Baş nazirin sabiq müavini və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun tapşırığı ilə gedib. İddia edir ki, hətta onlara silah, video-kamera, qumbara da verilib.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər