“Azərbaycanda rəsmi milyonçuların olmamasının əsas səbəbi ölkədəki iqtisadi sistemdən qaynaqlanır. Bizdə daha çox məmur biznesi olduğuna görə rəsmi qeydiyyatdan keçmiş, vergisini verən, səhmdarı olan milyonçular yoxdur. Onsuz da klassik anlamda səhmdar cəmiyyətlər də yoxdur. Qapalı cəmiyyətlər fəaliyyət göstərir. Digər açıq tipli cəmiyyətlərdə isə səhm bazarı, birja olmadığından qiymətləndirilməsi mümkün olmur. Ona görə də Azərbaycanda rəsmi milyonçular yoxdur. Bu da ciddi problemlərdən biridir”.
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.