“İndi də yeni etimad məsələsi qurulub. Ermənistan nə mina xəsritəsini, nə də delimitasiya məsələsi ilə bağlı xəritələri verir. Artıq xəritə məsələsi hörmətdən düşüb. Bu, diplomatik bir oyundur. 10 noyabr 2020-ci il bəyannaməsindən sonra etimad da verdik, Azərbaycan dövləti götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Ancaq ortada heç nə yoxdur. Yeni etimad məsələsi Rusiyanın növbəti manevridir. Rusiya Qərbin bura gəlməsindən narahatdır, monopoliyanın əlindən çıxmasını istəmir. Ukrayna ilə müharibədə Rusiya rüsvay olub. Ona görə indi nə irəli gedə, nə də əzə bilir. Rusiya sanksiyalardan çıxmaq üçün Ermənistanda hazırda yeni şirkətlər açır. Ona görə də hazırda belə oyun gedir”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Teymur Qasımlı deyib.