Bakıda qadını şantaj edən Kamran İsgəndərovun məhkəmə qarışına çıxarılır.
Pravda.az-ın əldə etdiyi məlumata görə, onun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elçin Ağayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Rəsmi məlumata əsasən, ötən ilin dekabrında sosial şəbəkələrdə Məleykə Qədirovanın (ad, soy adı şərti) şəxsi foto və videogörüntülərini ələ keçirərək onlardan pul tələb edən şəxs müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla sosial şəbəkə istifadəçilərini şantaj edən Bakı şəhər sakini Kamran İsgəndərov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Kamal Məmmədov