“Meymun çiçəyi” virusu “Orthopoxvirus”lar ailəsinin insanlara yoluxa bilən 4 növündən biridir. Onun insanlarda ilk dəfə tapılmasından düz 50 il 49 gün vaxt keçir. Yəni bu müddətdə o, insanlar arasında epidemik yayılmaya səbəb olmayıbsa, hazırda bu halın başvermə ehtimalı yoxdur. Bunu, hətta virusun uzunluğu 220 nuklein əsaslı, burulmuş və qıvrılmış vəziyyətdə olan cüt zəncirli DNT-sinin genom strukturunun sıralanma ardıcıllığının ilkin təhlili belə söyləməyə əsas verir. Ola bilər ki, Mənim dediklərimin əksi olaraq, “Meymun çiçəyi” virusunun indiyə qədər yayılmamasının səbəbini, insanların “Təbii Çiçəyə” qarşı peyvənd almaları ilə izah etsinlər ("Təbii Çiçəyə” qarşı peyvənd, həm də “Meymun çiçəyi” virusuna qarşı baryerdir). Xatırlatmaq istəyirəm ki, 1980-cı ildən sonra, yəni düz 42 ildir ki, insanlar "Təbii Çiçək" virusuna qarşı peyvənd olunmurlar. Halbuki, 1980-cı ildən günümüzə qədər, dövrü olaraq, hər 2-4 ildən bir, sporadik olsa da, “Meymun çiçəyi” virusuna Dünyanın müxtəlif ölkələrində yoluxa halı olur. Bunlardan ən böyüyü 2003-cü ildə ABŞ-da (81 nəfər) və 2017-ci ildə isə Nigeriyada (172 nəfər) qeydə alınmışdır. Lakin ölüm faktı müşahidə olunmamışdır”.
Pravda.az-ın xəbərinə görə, bunu professor Musa Qəniyev bildirib.