“Müxalifət onsuz da həmişə nədənsə narazıdır. Əgər iqtidarın gördüyü işlərdən, iqtidara olan münasibətdən razı olsaydı, demokratiya və bugünkü demokratik dəyərlərimiz olmazdı. Co Baydenin məktubu kifayət qədər pozitivdir. O, Azərbaycanla ABŞ arasında münasibətləri çox yüksək qiymətləndirir. Müxalifətə müxaliflik edib demək istəyirəm ki, məktubda Azərbaycan dövlətinə, iqtidarına çox müsbət dəyər verilib. Nədənsə, müxalifət bunu görmək istəmir. Bəlkə istəyərdilər ki, məktub başdan-ayağa Azərbaycanı tənqid, ölkənin daxili işlərinə qarışmaq fonunda olaydı. Lakin görünən ondan ibarətdir ki, ABŞ Administrasiyası Azərbaycanla münasibətlərə önəm verir və bundan sonra da əlaqələr gücləndiriləcək”.
Bu sözləri Pravda.az-a deputat Aydın Mirzəzadə ABŞ Przidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubdan danışarkən deyib.