Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Meymun çiçəyi” ilə bağlı mühüm açıqlama: 21 gündən sonra...

1 560
Paylaş:
“Meymun çiçəyi” ilə bağlı mühüm açıqlama: 21 gündən sonra...

““Meymun çiçəyi” xəstəliyi ilk dəfə 1970-ci illərdə aşkarlanıb. Son 10 illikdə isə Afrikada bu xəstəliyin artımı müşahidə olunub. Bu artımın da yeni bir mutasiya nəticəsində və daha yüngül ştammla bağlı olduğu qeyd olunur. Avropada yayılan ştamm da yeni ştammdır. Ümumiyyətlə, indiki vəziyyətdə bu xəstəlikdən ölüm halları yalnız 1% təşkil edir. Buna görə də ciddi narahatlığa əsas yoxdur”.

Bunu Pravda.az-a infeksionist Nicat Əzimli meymun çiçəyi xəstəliyi haqqında danışarkən bildirib.

İnfeksionist: Məcburi şəkildə karantinin sərtləşdirilməsinə doğru gedirik -  MÜSAHİBƏ

N.Əzimli qeyd edib ki, hazırda Azərbaycan üçün meymun çiçəyi virusunun təhlükəsinin olub-olmaması ilə bağlı nəsə demək tezdir: “Ümumiyyətlə, dünyada hələ meymun çiçəyi virusunun yayılıb-yayılmayacağı haqqında dəqiq fikir formalaşmayıb. Ümumdünya Səhiyyə Təşkilatı yaydığı açıqlamada, bu xəstəliyin aşkarlandığı ölkələri ciddi tədbirlər görməyə, yəni xəstələri karantina almağa, onlarla təmasda olan şəxsləri nəzaratə götürməyə çağırıb. Həmin xəstəliyə yoluxmuş şəxslərin başqaları ilə təmasda olub onları yoluxdurub-yoluxdurmadıqları, inkubasiya dönəmində nə qədər insanın olmasının məlum olmadığı qeyd olunur, çünki bu xəstəliyin inkubasiya dövrü 21 günə qədərdir. Bir insan bu xəstəliyə yoluxduğu zaman həmin şəxsdə 21 gün ərzində heç bir simptom, xəstəliyin hər hansı  əlaməti özünü göstərməyə bilər. 21 gündən sonra artıq xəstəlik özünü göstərə bilər və həmin müddət ərzində də xəstə şəxsin təmasda olduğu insanlar da buna yoluxa bilərlər. Buna görə də bu xəstəliyin tam aydınlaşdırılması üçün və gedişatı necə olacağını bilmək üçün zaman lazımdır”.

N.Əzimli onu da əlavə edib ki, klassik çiçək xəstəliyinə qarşı peyvənd olunmuş şəxslər meymun çiçəyinə qarşı ömürlük immunitetə sahibdirlər.

Leyla

Paylaş:

Ən son xəbərlər