“ABŞ Prezidenti Co Bayden cənab İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, həyata keçirdiyi böyük layihələrə öz dəstəyini ifadə edib. Bununla yanaşı, Bayden Azərbaycanın tezliklə sülhə nail olması ilə bağlı istəyini də bildirib. Bayden Azərbaycanın sülh istiqamətində atdığı addımları dəstəkləyir. ABŞ çox gözəl anlayır ki, Azərbaycan bölgədə mühüm ölkədir və ərazi bütövlüyünü özü bərpa edib, beynəlxalq hüquq normalarını reallaşdırıb”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
