"Dövlət qulluqçuları hər 5 ildən bir yenidən imtahana girirlər. Və bu imtahan da ödənişlidir. 97 manat. Onu da öz ciblərindən ödəyirlər. 4 il tamam olduqdan sonra 5-ci ildən başlayırlar imtahan verməyə ki, birdən kəsilsələr, növbəti imtahanı verə bilsinlər. 5 ilin tamamında sertifikasiyadan keçə bilməyənlər dövlət qulluğundan azad edilir. İndi təsəvvür edin ki, müəllimlərə desinlər ki, 100 manat ödəyib imtahana girin. Görək neçə müəllim razılaşacaq? Pulsuz olanda girmirlər, pullu olsa heç girən olmaz. Amma qınadıqları dövlət qulluqçusu o pulu verib imtahana sakitcə girir. Səsi də çıxmır yazığın. Sertifikasiya olunan dövlət qulluqçusu da yüksək vəzifə sahibləri olanlar deyil ha. Məsləhətçi, aparıcı məsləhətçi və s vəzifələrdə olanlardır".
Pravda.az-ın xəbərinə görə, bunu təhsil eksperti Kamran Əsədov bildirib.