Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Abşeronda arvadını döyən kişi: “Telefonunda başqa nömrə tutdum”

1 700
Paylaş:
Abşeronda arvadını döyən kişi:     “Telefonunda başqa nömrə tutdum”

Abşeronda kişi avrvadını döyüb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə Abşeron Rayon Məhkəməsində elan olunmuş qərarda qeyd edilib.

Belə ki, rayon ərazisində yaşayan Vaqif Qafarovla (ad, soy adı şərti) həyat yoldaşı Səlimə Qafarova (ad, soy adı şərti) arasında ailə-məişət  münasibətləri zəminində mübahisə yaranıb. Baş vermis mübahisə zamanı o, arvadını döyüb.

Belə ki, Vaqif Qafarovla qadının sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib.

Daha sonra Səlimə Qafarova hadisə barədə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edib. Polis əməkdaşları tərəfindən saxlanılan Vaqif Qafarovun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmə iclasında dindirilən Vaqif Qafarov inzibati xəta törətməkdə özünü təqsirli bilib. O, izahatında göstərib ki, zərərçəkmişlə 2015-ci ildə ailə həyatı qurub, iki övladı var:

“Bu il aprelin 23-də yaşadığımız evdə olarkən Səlimənin mobil telefonunun arxasında əlavə mobil nömrə olmasını aşkarladım. Bu səbəbdən onunla aramızda mübahisə yarandı. Mübahisə zamanı əlimlə onun boğaz nahiyəsindən tutub sıxaraq Səliməyə fiziki ağrı yetirdim. Aramızdakı mübahisə təxminən 15 dəqiqə davam etdi və həmin vaxt orada bizdən başqa heç kəs yox idi”.

Sonda Vaqif Qafarov himayəsində iki azyaşlı uşağının olmasını əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.

Daha sonra məhkəmədə zərərçəkmiş Səlimə Qafarova ifadə verib. Hadisə barədə danışan qadın deyib ki, evdə olarkən uşaqlarının dərslərini öyrətmək üçün həyat yoldaşından mobil telefonunu istəyib:

“Vaqif də bu səbəbdən mənimlə mübahisə elməyə başladı. Mübahisə zamanı o, əli ilə dodağıma zərbə vurdu və sonra boğazımı sıxdı. Mən də bu barədə Qobu Polis Bölməsinə məlumat verdim. Vaqifin barəsində qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edirəm”.

Məhkəmənin qərarı ilə Vaqif Qafarov 300 manat məbləğində cərimələnib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər