Sumqayıt Şəhər Məhkəməsində “Altun Tel” MMC barəsində tərtib edilən cərimə protokoluna baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şirkətin barəsində inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Qeyd: “Altun Tel” MMC-yə Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib. Daha sonra protokollar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Xatırlatma: "Altun Tel" MMC inşaat tikinti və təmir şirkətidir.
Kamal Məmmədov