Martın 4-ü 2020-ci il tarixdə Səhiyyə Nazirliyində geniş müşavirə keçirilib.
Nazirlər Kabineti yanında operativ qərargahından Pravda.az-a verilən məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin müvafiq strukturlarının rəhbər və əməkdaşları iştirak ediblər.
Müşavirədə qeyd edilib ki, epidemiya təhlükəsinə qarşı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməlidir.