Türkiyədə ağır yol qəzası baş verib.
Pravda.az-ın məlumatına görə, hadisə Niğde əyalətində, yerli vaxtla saat 4 radələrində qeydə alınıb.
Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Hadisə zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.