Hindistanlı qidalanma mütəxəssisi Nmami Aqarval maksimum sağlamlıq faydası üçün yumurta yeməyin yolunu açıqlayıb.
Pravda.az xəbər verir ki, Agarvalın sözlərinə görə, yumurta ağı və sarısını birlikdə yemək zülal, yağ və kalorinin düzgün balansını təmin edir.
Üstəlik, qida maddələrinin çoxu sarısında cəmləşir. Onun fikrincə, yumurtaları elə qızartmaq lazımdır ki, sarısı öz formasını saxlasın və ağının üstündə qalsın.
Diyetoloq hesab edir ki, yumurta "yaxşı" xolesterinin və ya yüksək sıxlıqlı lipoproteinin (HDL) səviyyəsini yüksəltməyə kömək edir. Onların yüksək konsentrasiyası ateroskleroz, insult və ürək-damar xəstəlikləri riskini azaldır. Yumurtanın tərkibində A vitamini olduğundan görmə üçün də faydalıdır. Bu vitaminin çatışmazlığı inkişaf etməkdə olan ölkələrdə uşaqlarda korluğun ən çox yayılan səbəbidir.