Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Dünyada qaçqın və məcburi köçkünlərin sayı 100 milyonu ötdü

1 107
Paylaş:
Dünyada qaçqın və məcburi köçkünlərin sayı 100 milyonu ötdü

Silahlı qarşıdurmalar, zorakılıq və təqiblər nəticəsində evlərini tərk edən qaçqın və məcburi köçkünlərin sayı dünyada ilk dəfə olaraq 100 milyonu ötüb.

Pravda.az-ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarın İdarəsi bildirib.

Qeyd olunub ki, 2021-ci ilin sonunda Əfqanıstan, Burkina Faso, Konqo Demokratik Respublikası, Myanma, Nigeriya və Efiopiya kimi ölkələrdə yeni zorakılıq dalğaları və ya uzanan münaqişələr səbəbindən dünyada məcburi köçkünlərin sayı 90 milyona çatıb. Bundan əlavə, Ukraynada baş verən hadisələr 2022-ci ildə “8 milyon insanın bu ölkə daxilində köçməsinə səbəb oldu və 6 milyondan çox qaçqın da qeydə alınıb”.

Paylaş:

Ən son xəbərlər