"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən sayca üçüncü görüş ötən dəfəkilərin təkrarı əsasında keçib. Sərhədlərin və kommunikasiya xətlərinin açılması, sülh sazişi üzərində çalışmalarının sürətləndiliməsi vacibliyi yenə vurğulanıb. Ancaq bu dəfə Şarl Mişelin yekun açıqlamasında bir neçə yeni detal diqqətimi çəkib. Şarl Mişel Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibliyini bildirib. Bu, yəqin, Azərbaycana mesajdır ki, rəsmi Bakı ermənilərin hüquq və təhlükəsizlik məsələlərinin həlli məqsədilə onlara nəsə təklif etməlidir. Şarl Mişel bununla həm də Nikol Paşinyanı sakitləşdirmək, radikal müxalifətin ona qarşı təzyiqini neytrallaşdırmaq istəyir. Çünki radikal müxalifət Paşinyana ona görə təzyiq edir ki, baş nazir Qarabağı “unudub”. Paşinyan isə Brüssel görüşünün nəticəsini əlində rəhbər tutaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin yekun bəyanata salındığına istinad edəcək. Bizə gəldikdə, əgər Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşayacaqlarsa, separatçılıqldan vaz keçib pasportlarımızı daşıyacaqlarsa, bələdiyyə və digər buna bənzər hüquqlara malik ola bilərlər".
Pravda.az-ın xəbərinə görə, bunu Politoloq Elxan Şahinoğlu bildirib.
"İkincisi, Şarl Mişel Avropa İttifaqının hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini bildirib. Şarl Mişel bu mexanizmin nədən ibarət olacağını və necə işləyəcəyini sonrakı cümlələrində izah etməyib. Ancaq böyük ehtimalla Avropa İttifaqı Şurasının prezidenti onu nəzərdə tutub ki, Brüssel iqtisadi zəmində Bakı və İrəvanla üçlü iqtisadi mexanizm çərçivəsində əməkdaşlığa maraq göstərir, ancaq bunun üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Biz buna hazırıq, yetər ki, Ermənistan Azərbaycanın sərhədlərini tanısın, sülh sazişi imzalasın və dəhlizin açılmasıyla kommunkasiya xətlərinin çalışmasına şərait yaratsın" - politoloq qeyd edib.
Kənan
4 İyul 07:11
4 İyul 07:10
4 İyul 06:12
4 İyul 06:09
4 İyul 03:43
3 İyul 23:23
3 İyul 22:33
3 İyul 22:13
3 İyul 21:58
3 İyul 21:55
3 İyul 21:16
3 İyul 21:02
3 İyul 20:36
3 İyul 20:33
3 İyul 19:59
3 İyul 19:52
3 İyul 19:34
3 İyul 18:49
3 İyul 18:44
3 İyul 17:32
3 İyul 17:10
3 İyul 16:33
3 İyul 15:46
3 İyul 15:16
3 İyul 13:51
3 İyul 13:32
3 İyul 13:29
3 İyul 13:28
3 İyul 13:21
3 İyul 13:13
3 İyul 13:03
3 İyul 12:13
3 İyul 12:01
3 İyul 11:36
3 İyul 11:35
3 İyul 11:04
3 İyul 11:01
3 İyul 09:55
3 İyul 09:45
3 İyul 09:39
3 İyul 09:34
3 İyul 09:28
3 İyul 01:18
3 İyul 01:15
3 İyul 01:13
3 İyul 01:09
3 İyul 01:06
2 İyul 23:42
2 İyul 23:14
2 İyul 22:44
2 İyul 22:33
2 İyul 22:22
2 İyul 21:59
2 İyul 21:38
2 İyul 21:21
2 İyul 21:16
2 İyul 21:02
2 İyul 20:38
2 İyul 20:09
2 İyul 19:54
2 İyul 19:25
2 İyul 19:12
2 İyul 18:59
2 İyul 18:36
2 İyul 18:23
2 İyul 18:01
2 İyul 17:38
2 İyul 17:17
2 İyul 17:11
2 İyul 16:50
2 İyul 16:26
2 İyul 16:11
2 İyul 15:44
2 İyul 15:21
2 İyul 15:20
2 İyul 15:13
2 İyul 15:09
2 İyul 15:02
2 İyul 14:53
2 İyul 13:56
2 İyul 13:51
2 İyul 13:37
2 İyul 13:18
2 İyul 13:08
2 İyul 13:02
2 İyul 12:58
2 İyul 12:55
2 İyul 12:51
2 İyul 12:51
2 İyul 12:49
2 İyul 12:40
2 İyul 12:38
2 İyul 12:31
2 İyul 12:29
2 İyul 12:26
2 İyul 12:09
2 İyul 12:07
2 İyul 12:02
2 İyul 11:37
2 İyul 11:35
2 İyul 11:06
2 İyul 11:01
2 İyul 10:35
2 İyul 10:27
2 İyul 10:10
2 İyul 08:59
2 İyul 08:21
2 İyul 08:03
2 İyul 08:00
2 İyul 07:57
2 İyul 07:56
2 İyul 07:50
2 İyul 07:47
2 İyul 07:40
2 İyul 02:30
2 İyul 00:40
1 İyul 23:39
1 İyul 22:41
1 İyul 22:17
1 İyul 21:03
1 İyul 20:40
1 İyul 20:29
1 İyul 19:38
1 İyul 19:28
1 İyul 19:25
1 İyul 19:05
1 İyul 18:55
1 İyul 18:28
1 İyul 18:26
1 İyul 18:16
1 İyul 18:13
1 İyul 18:07
1 İyul 17:56
1 İyul 17:56
1 İyul 17:22
1 İyul 17:20
1 İyul 17:11
1 İyul 17:09
1 İyul 17:06
1 İyul 17:01
1 İyul 16:55
1 İyul 16:53
1 İyul 16:33
1 İyul 16:31
1 İyul 16:16
1 İyul 16:15
1 İyul 15:37
1 İyul 15:22
1 İyul 15:02
1 İyul 14:57
Ən son xəbərləri səhifəmizdən də izləyin