BURADA REKLAMINIZ OLA
BİLƏR

Mahir Abbaszadə: "Döyüş bölgəsində əldə etiyimiz qələbəni Brüsseldə diplomatiya sahəsində davam etdirə bildik"

“Brüsseldə keçirilən üçtərəfli görüşün əsas diqqət çəkən məqamı ondan ibarətdir ki, burada əldə edilən razılıqlar əvvəlki görüşlərdə Azərbaycan tərəfinin irəli sürdüyü 5 maddəyə əsaslanıb. Azərbaycan tərəfi əvvəlki görüşlərdə bu ərazilərə humanitar yardımların olunması, eyni zamanda, mina xəritələrinin təqdim edilməsi, əsir və itkin düşmüş insanların taleyi ilə bağlı məsələlər üçtərəfli görüşdə həllini tapmaqdadır. Həmçinin “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Bu da Azərbaycanın irəli sürdüyü bütün prinsip və şərtlərə uyğun gəlir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

 

Deputat bildirib ki, görüşün əsas məqamlarından biri Ermənistana qalib gəldikdən və Qarabağ məsələsini həl etdikdən sonra kommunikasiyaların açılması, bölgənin iqtisadi yüksəlişi ilə əlaqəlidir: “Brüssel görüşündə məhz sərhədlərin delimistasiya və demarkasiyasının uğurla başa çatması, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların, Şərqi Zəngəzurdan dəmiryol xəttinin bərpası, Azərbaycanın Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin həlli ilə əlaqədar müzakirələr və razılığa gəlinməsi mühüm hadisə kimi qiymətləndirilməlidir. Çünki Ermənistan müharibəni uduzub, ordusu darmadağın edilib, iqtisadiyyatı çöküb, əhalisi günbəgün azalır. Bu iqtisadi əlaqələrin yaranması və bölgənin iqtisadi yüksəlişinə nail olunması təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də çox böyük əhəmiyyət kəsb edir. Ermənistan tərəfi nəhayət anlayır ki, Azərbaycanın irəli sürdüyü 5 əsas şərt bütün müzakirələrin əsas mövzusu olaraq qalmaqdadır. Hesab edirəm, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə döyüş bölgəsində əldə etiyimiz qələbəni Brüsseldə diplomatiya sahəsində də davam etdirə bildik. Görüşün bundan sonra iyul-avqust aylarında da davam etməsi ilə bağlı əldə olunan razılıq isə göstərir ki, Avropa İttifaqı məsələlərin müsbət yöndə həllində israrlıdır. Cənab Prezident tərəfindən düşünülmüş düzgün xarici siyasət, diplomatik addımlar nəticədə böyük sülh sazişinin imzalanmasına və Azərbaycan ərazisinə, bütövlükdə sərhədlərimizə davamlı təhlükəsizliyin və sülhün gəlməsini təmin edəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 23 May 2022, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin