“Brüssel görüşünü ümumi mənada bundan öncəki görüşlərdə əldə edilən razılaşmaların təkminləşdirilməsi və icrasının sürətləndirilməsi kimi qiymətləndirmək olar. Prezident Şarl Mişelin açıqlamasından da aydın olur ki, görüşdə yalnız sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh danışıqları məsələləri deyil, həmçinin humanitar məsələlərə, o cümlədən minaların təmizlənməsi, itkin düşmüş insanların taleyi də müzakirə edilib. Qeyd olunan bütün məsələlər rəsmi Bakı üçün əsas prioritet məsələrdir. Budəfəki görüşdə də nə “Dağlıq Qarabağ” ifadəsi işlədildi, nə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə istinad edildi, nə də mübahisəli məsələlər mahiyyət etibarı ilə münaqişə kimi xarakterizə edildi. Şarl Mişel görüş sonrası tərəflər arasında nail olunan məsələlərə aydınlıq gətirəkən vurğuladığı bir neçə detal isə xüsusi diqqət çəkir”.
Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O bildirib ki, Şarl Mişel yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcəyini qeyd edib: “Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək. İndiki məqamda istər Mişelin təşəbüsünə, istərsə də Brüssel formatının uğurlu olacağına rəsmi Bakının inamı böyükdür. Bununla belə Brüsselin öncəki görüşlərdə əldə edilən razılıqların icrasını İrəvandan tələb etməsi zəruridir. Misal üçün, aprelin 6-da keçirilən Brüssel görüşündə sərhədin delimitasiya ilə bağlı birgə komissiyanın yaradılmasına dair konkret razılıq əldə olunsa da, Ermənistan tərəfi razılaşmanın icrasını yubadır, faktiki olaraq heç bir addım atmır və bunu müxtəlif bəhanələr ilə əsaslandırmağa çalışır. May ayında İrəvan iki dəfə sərhəddəki görüşdən imtina etmişdi. Aprel danışıqlarından sonra da biz müntəzəm olaraq Kəlbəcər istiqamətində təxribatların intensivləşməsinin şahidi olduq. Hesab edirəm, Mişel “dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək” deyərək həm də rəsmi İrəvanın bütün bəhanələrinə baxmayaraq razılaşmalardan yayına bilməyəcəyi mesajnı verir. Rəsmi Bakı isə səbirli və soyuqqanlı davranaraq Brüssel formatına etibar etdiyini göstərir”.
T.Rzayev deyib ki, Mişelin sözlərinə görə, Liderlər nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəliblər: “İstər Şərqi Zəngəzurda, istərsə də Naxçıvanda Azərbaycan tərəfi bütün nəqliyyat infrastrukturunu istifadəyə hazır vəziyyətə gətirib. Beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə gəlinən razılıq isə yaxın günlərdə Baş nazirin müavinləri səviyyəsində müzakirə ediləcək. Mişel həm də iki ölkə başçısının iyul-avqust aylarına qədər Avropa İttifaqının təşəbbüsü ilə yenidən bir araya gələcəyini bildirib. Prinsip etibari ilə buna ehtiyac var. Məsələ ondadır ki, rəsmi Bakı üzərinə götürdüyü bütün öhdəlikləri qısa zaman ərzində icra edir. Ermənistan tərəfinin prosesə yanaşması və razılaşmaların icrasının yoxlanması baxımından yeni görüşlərin keçrilməsi vacibdir. Bu həm də İrəvan və Bakı arasında Avropa İttifaqının təşəbbüsü ilə davam edən danışıqlarda kimin prosesi yubatdığını, eyni zamanda öhdəliklərdən böyun qaçırdığını müəyyənləşdirəcək”.
Politoloq onu da vurğulayıb ki, Şarl Mişel Avropa İttifaqının hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini bildirib: “Mişel bu mexanizmin nədən ibarət olacağını, təəssüf ki, bildirməyib. Bununla belə ehtimal etmək olar ki, Mişel Brüsselin Bakı və İrəvanla üçlü iqtisadi mexanizm çərçivəsində əməkdaşlıq etməsini istəyir. Nəzərə alsaq ki, hazırda iki ölkə arasında əsas problemlərdən biridə qarşılqılı iqtisidi əlaqələrin bərpasıdır, Brüsselin bu istiqamətdə fəaliyyətini məqbul saymaq olar. Mişel Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəlindiyini qeyd edib. O, yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandaların bu prosesi irəli aparacağını bildirib. Mişelin sözlərindən bu nəticəyə gəlmək olar ki, sülh müqaviləsi barədə danışmaq hələ tezdir. Lakin müqavilənin imzalancağı tarix düşünüldüyü qədər uzaq deyil. Mərhələli şəkildə iki ölkə arasında problemlərin həll edilməsi yekun sülh müqaviləsinində imzalanmasını da sürrətləndirə bilər”.
Aytəkin Qardaşova
4 İyul 07:11
4 İyul 07:10
4 İyul 06:12
4 İyul 06:09
4 İyul 03:43
3 İyul 23:23
3 İyul 22:33
3 İyul 22:13
3 İyul 21:58
3 İyul 21:55
3 İyul 21:16
3 İyul 21:02
3 İyul 20:36
3 İyul 20:33
3 İyul 19:59
3 İyul 19:52
3 İyul 19:34
3 İyul 18:49
3 İyul 18:44
3 İyul 17:32
3 İyul 17:10
3 İyul 16:33
3 İyul 15:46
3 İyul 15:16
3 İyul 13:51
3 İyul 13:32
3 İyul 13:29
3 İyul 13:28
3 İyul 13:21
3 İyul 13:13
3 İyul 13:03
3 İyul 12:13
3 İyul 12:01
3 İyul 11:36
3 İyul 11:35
3 İyul 11:04
3 İyul 11:01
3 İyul 09:55
3 İyul 09:45
3 İyul 09:39
3 İyul 09:34
3 İyul 09:28
3 İyul 01:18
3 İyul 01:15
3 İyul 01:13
3 İyul 01:09
3 İyul 01:06
2 İyul 23:42
2 İyul 23:14
2 İyul 22:44
2 İyul 22:33
2 İyul 22:22
2 İyul 21:59
2 İyul 21:38
2 İyul 21:21
2 İyul 21:16
2 İyul 21:02
2 İyul 20:38
2 İyul 20:09
2 İyul 19:54
2 İyul 19:25
2 İyul 19:12
2 İyul 18:59
2 İyul 18:36
2 İyul 18:23
2 İyul 18:01
2 İyul 17:38
2 İyul 17:17
2 İyul 17:11
2 İyul 16:50
2 İyul 16:26
2 İyul 16:11
2 İyul 15:44
2 İyul 15:21
2 İyul 15:20
2 İyul 15:13
2 İyul 15:09
2 İyul 15:02
2 İyul 14:53
2 İyul 13:56
2 İyul 13:51
2 İyul 13:37
2 İyul 13:18
2 İyul 13:08
2 İyul 13:02
2 İyul 12:58
2 İyul 12:55
2 İyul 12:51
2 İyul 12:51
2 İyul 12:49
2 İyul 12:40
2 İyul 12:38
2 İyul 12:31
2 İyul 12:29
2 İyul 12:26
2 İyul 12:09
2 İyul 12:07
2 İyul 12:02
2 İyul 11:37
2 İyul 11:35
2 İyul 11:06
2 İyul 11:01
2 İyul 10:35
2 İyul 10:27
2 İyul 10:10
2 İyul 08:59
2 İyul 08:21
2 İyul 08:03
2 İyul 08:00
2 İyul 07:57
2 İyul 07:56
2 İyul 07:50
2 İyul 07:47
2 İyul 07:40
2 İyul 02:30
2 İyul 00:40
1 İyul 23:39
1 İyul 22:41
1 İyul 22:17
1 İyul 21:03
1 İyul 20:40
1 İyul 20:29
1 İyul 19:38
1 İyul 19:28
1 İyul 19:25
1 İyul 19:05
1 İyul 18:55
1 İyul 18:28
1 İyul 18:26
1 İyul 18:16
1 İyul 18:13
1 İyul 18:07
1 İyul 17:56
1 İyul 17:56
1 İyul 17:22
1 İyul 17:20
1 İyul 17:11
1 İyul 17:09
1 İyul 17:06
1 İyul 17:01
1 İyul 16:55
1 İyul 16:53
1 İyul 16:33
1 İyul 16:31
1 İyul 16:16
1 İyul 16:15
1 İyul 15:37
1 İyul 15:22
1 İyul 15:02
1 İyul 14:57
Ən son xəbərləri səhifəmizdən də izləyin