Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi əməliyyatını dəstəkləyən fiziki şəxslərin aktivləri ilə bağlı sanksiyaların effektivliyini artırmaq üçün yeni qanun imzalayıb.
Pravda.az “RBC Ukrayna”ya istinadən xəbər verir ki, qanun fiziki və ya hüquqi şəxsə məxsus əmlakın, habelə onların bilavasitə və ya dolayısı ilə sərəncam verə biləcəyi sərvətlərin dövlət tərəfindən müsadirə edilməsi şəklində yeni sanksiyalar növü müəyyən edir.