Martın 4-də Azərbaycan Vahid Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov Prezident Administrasiyasında (PA) görüş keçirib.
Pravda.az xəbərinə görə, H.Əzimov bildirib ki, o, Prezident Administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
Görüşdə AVMBP-nin siyasi fəaliyyət zamanı görməyi nəzərdə tutduğu işlər, dövlət və dövlətçiliyin daha da güclənməsi istiqamətində verə biləcəyi faydalar, partiya quruculuğu üçün atacağı addımlar müzakirə olunub.
Hacıbaba Əzimov PA-ya çağırıldı