BURADA REKLAMINIZ OLA
BİLƏR

Saxta şirə - “Lili” ilə bağlı araşdırma başlayıb – “Təhlükəlidir”

“Uşaqların, xüsusən məktəblilərin istənilən kiçik marketdən çox ucuz qiymətə aldıqları buzlu şirə “Lili” son günlər mətbuatın gündəmindədir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə “Lili” ilə bağlı konkret şikayət daxil olmayıb, lakin Agentliyin Bakı Regional Bölməsi bununla bağlı araşdırma başladıb. Bildirilmişdi ki, araşdırmanın nəticəsi elan olunacaq. Lakin media nəticəni gözləmədən belə bir sensasiyalı informasiya yaydı”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

O bildirib ki, sözügedən “şirə” ilə bağlı Azad İstehlakçılar Birliyinə xeyli zəng daxil olub: “Şikayətlər əsasında kiçik araşdırma apardıq. Məlum oldu ki, şirə adlandırılan bu mayenin əslində heç bir təbii şirə ilə əlaqəsi yoxdur. Müxtəlif dad, qoxu, rəngvericilərin qarışığıdır. Vətəndaşlar bilsinlər ki, bu cür qatqılardan hazırlanmış hər məhsul içməli deyil. “Lili”nin üzərində Azərbaycanda qeydiyyata alınmayan, amma Azərbaycan prefiksi göstərilən saxta ştrix kod da qoyulub. İstehsal tarixi ilə son yararlılıq müddəti arasındakı müddət də çoxdur. Belə mallar isti yay aylarında xüsusən təhlükəlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 23 May 2022, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin