BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər RİH müzakirələrə səbəb olan fotoya münasibət bildirdi: Qadınlar Binə qəsəbəsində hörgü işi görmürlər

Xəzər Rayon İcra Hakimiyyəti qadınların Binə qəsəbəsində hörgü işlərinə cəlb edilməsi ilə bağlı iddialara münasibət bildirib.

 

RİH-in İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov Pravda.az-a açıqlamasında bildirib ki, iddialar doğru deyil.

 

“Xəzər rayonunda qadınlar hörgü işinə cəlb edilməyib. Sosial şəbəkələrdə paylaşılan fotonu da görməmişəm. Qadınlar malakeşlik edir? Belə bir şey görməmişəm. Bəlkə öz evi üçün hörgü işini görüb. Ola bilər, qadın başqa bir yerdə işləyir, çünki icra hakimiyyətində belə bir təşkilat yoxdur. Ümumiyyətlə, qadınlar “gender bərabərliyi” deyirlər, o qədər dedilər ki, arzularına çatırlar. Doğrudur, Sovet dövründə qadınlar divar da çəkirdi, beton da qarışdırırdı. Amma Azərbaycanda elə bir təşkilat tanımıram ki, orada qadınlar hörgü, suvaq, beton işlərində çalışsın. Bu yaxınlarda bir video görmüşəm, amma bu bizə aid deyildi, Çində idi. Qadın orada geniş bir sahədə çox gözəl metodla suvaq işi aparırdı...” – G.Qurbanov qeyd edib.

 

Leyla

Tarix: 23 May 2022, 17:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin