Təmiz və qatqılı qidalar eyni piştaxtaya qoyulur. Söhbət süd məhsullarından gedir. Marketlərdə belə qidalar yanaşı satılır ki, bu da istehlakçıların seçim etmələrində çətinliklər yaradır. Yəni qatqısız və qatqılı süd məhsulları alıcılara eyni piştaxtada təklif olunur.
Pravda.az xəbər verir ki, Azərbaycan Südçülər Asossasiyasının sədri Samir Eyyubovun "Xəbər TV"-yə bildirdiyinə görə, istehlakçıların qatqılı və ya qatqısız südü adi qaydada müəyyən etmələri mümkün deyil. Xüsusilə, üzərində tərkibi göstərilməyən məhsullarda bu problem daha çox olur.
Samir Eyyubov deyir ki, alıcılar belə qidaları alarkən tərkibini diqqətlə oxumalıdılar. Açıq şəkildə satılan süd məhsulların danistifadə isə tövsiyə edilmir.