Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Paşinyan Brüssel danışıqları barədə Blinkeni məlumatlandırdı

1 103
Paylaş:
Paşinyan Brüssel danışıqları barədə Blinkeni məlumatlandırdı

Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.


Pravda.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.


Baş nazir və dövlət katibi regionda kommunikasiyaların açılması, regional təhlükəsizlik məsələlərini, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər.


N.Paşinyan mayın 22-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi üçtərəfli görüş barədə təəssüratlarını bölüşüb, danışıqların ümumilikdə müsbət keçdiyini vurğulayıb.

Həmçinin tərəflər Ermənistanda demokratik islahatlar ətrafında fikir mübadiləsi aparıblar.

Report

Paylaş:

Ən son xəbərlər