“Cənab Prezident İlham Əliyev böyük etimad göstərərək Cavid Qurbanovu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edib. Cavid Qurbanov nazirlikdə də bu etimadı doğrultmalıdır. Cavid müəllim işgüzardır, təcrübəli yoldaşdır. Bu sərəncamı alqışlayır, cənab Prezidentin Cavid Qurbanova təkrar etimad göstərməsini dəstəkləyirəm. İnanıram ki, o, bu işin öhdəsindən yüksək səviyyədə gələcək”.
Bu sözləri Pravda.az-a açıqlamasında Cavid Qurbanovun əmisi oğlu, Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
