Rusiyanın Ukraynaya qarşı müharibəsinin sonu bir neçə amildən asılıdır. Bu amillər tərəflərin sülh istəyi, Ukraynanın maliyyə gücü və Qərb ölkələrinin Rusiya ilə döyüşmək qorxusunun olmamasıdır.
Pravda.az “RBC Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, müharibənin başa çatması həm də Rusiyanın istəyindən asılıdır, çünki istənilən halda onsuz da bitəcək.