“Kino sahəsinə büdcədən 5-6 milyon manat pul ayrılır. Halbuki bütün dünyada bu sahəyə daha çox pul ayrılır və kinodan qazanc 40-60 % artıqlaması ilə qayıdır. Təbii ki, keyfiyyətli kinodan söhbət gedir. İstərdim ki, biz bu məsələyə diqqəti artıraq. Mən demirəm ki, vəsait elə-belə ayrılsın. Vəsait verilsin və bunun nəticəsi tələb edilsin. Bizim büdcədən ayrılan 5-6 milyon manata ancaq cizgi filmi çəkmək olar”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi komitənin üzvü Rüfət Quliyev deyib.
Rüfət Quliyev inflyasiya ilə bağlı problemə də toxunub: “Təklif edirəm ki, inflyasiya ilə bağlı xüsusi proqram yaradılsın. Biz kənd təsərrüfatının daha sürətlə inkişafı üçün çalışmalıyıq. Kənd təsərrüfatının özümüzün istehlak məhsullarımızı qarşılamasına nail olmalyıq”.