“Yayılan məlumatların hamısı böhtandır. Bir nəfər var, bütün bunları o edir. Onun haqqında tədbir gördürəndən sonra məlumat verəcəyəm. Oğlum həmin vaxt Bakıda olmayıb. 7 il bundan əvvəlki “Niva”nın görüntülərini götürüb sosial şəbəkəyə qoyublar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Bakıda avtoxuliqanlıq edən əsgər Əziz Məlikovun atası, Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyəsinin sədri Soltanpaşa Məlikov deyib.
S.Məlikov Müdafiə Nazirliyinin Əziz Məlikovun hərbi hissəni özbaşına tərk etməsi və haqqında cinayət işi qaldırılması barədə məlumatına isə belə cavab verib: